Ermənistanın sabiq məmuru İlham Əliyevdən nə istədi?
Bizi izləyin

Nida.az

Ermənistanın sabiq məmuru İlham Əliyevdən nə istədi?

Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan Azərabycan prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib.

Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan Azərabycan prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib.

“Bizə Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan zəng edərək bildirdi ki, bu gün o, BBC-nin Ermənistandakı müxbiri Aleksey Manvelyana zəng edib və deyib ki, ailəsi ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyir. Çubuxçiyan əlavə edib ki, onun bəyanatı artıq qeydə alınıb”, - deyə sayt xəbər verir.

Bu ərəfədə keçmiş məmur Ermənistan hakimiyyətinin onunun taleyinə xroniki biganəliyi ilə bağlı açıqlama yaymış, mənzil və digər problemlərinin həll edilməyəcəyi təqdirdə Azərbaycandan siyasi sığıncaq istəyəcəyi barədə hakimiyyəti xəbərdar eləmişdi. Məsələ ilə əlaqədar sabiq məmur prezident Serj Sərkisyana məktub da yazıb. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm