Bayram Səfərov: “Səbrimizin daşması onlar üçün baha başa gələcək”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Səbrimizin daşması onlar üçün baha başa gələcək”

Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın bu davranışlarıı pisləyir. Bu, sülh danışıqlarına zərərə gətirəcək

“Ermənistan bu hərəkətlərindən əl çəkməlidir. Əks təqdirdə zərər çəkən özləri olacaq”.Bu barədə Bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Publika.Az -a açıqlamasında Ermənistan hərbi birləşmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulmasına münasibət bildirərkən deyib. B. Səfərov bildirib ki, ermənilər Azərbaycanın səbrini sınağa çəkir: “Amma onu deyim ki, səbrimizin daşması onlar üçün baha başa gələcək. Azərbaycanın kifayət qədər güclü ordusu var. Bunu Ermənistan birdəfəlik bilməlidir. Bilməlidir ki, ağıllarını başlarına yığmasalar, Azərbaycan daha səbir etməyəcək. O zaman ağır günləri başlayacaq və heç kim onları müdafiə etməyəcək”.
İcma rəhbəri qeyd edib ki, bu təxribatlar Ermənistan hakimiyyətinin işidir. Onun sözlərinə görə, burda ziyan çəkən erməni xalqı olacaq.

“Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın bu davranışlarıı pisləyir. Bu, sülh danışıqlarına zərərə gətirəcək. Halbuki bu danışıqlar onlar özü üçün daha çox lazımdır. Bunu anlamalıdırlar”-deyə o diqqətə çatdırıb.
B. Səfərov bildirib ki, hər bir azərbaycanlı kimi, bütün məmurlar və şəxsən özü hər an hücum əmrinə hazırdır: “Hər kəs kimi məmurlar da, şəxsən mən də canımdan keçməyə hazıram”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm