Nida.az
Ermənilər Bakıya gəldilər - FOTO
NATO-nun “Rose Roth” seminarında iştirak etmək üçün Ermənistandan üç nəfərlik nümayəndə heyəti bu gecə Bakıya gəlib. Virtualaz.org saytı bu barədə erməni mənbələrinə istinadən xəbər verir.
NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda
iyunun 16-dan 18-dək keçiriləcək. Ermənistan nümayəndə heyətinin
tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat
Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim
Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq
edir.
“Cənubi Qafqaz. Çağırışlar və imkanlar” mövzusunda keçirilən
konfransda Ermənistan nümayəndə heyətinin iştrakı məsələsi son ana
qədər dəqiqləşməmişdi. Azərbaycan tərəfi nümayəndə heyətinin
təhlükəsizliyinə təminat verməyə hazır olduğunu ifadə etsə də
erməni tərəfi bildirdi ki. təhlükəsizlik təminatı olmadığından
seminarda iştirak etməyə bilərlər.
Lakin daha sonra nümayəndə heyətinin təhlükəsizlik təminatı aldığı
məlum oldu.
Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki,
seminarda müxtəlif mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsi
müzakirə olunacaq. Poqosyan deyib ki, erməni nümayəndə heyətinin
üzvü olaraq susmaq niyyətində deyil və Ermənistanın mövqeyini
seminar iştirakçılarına çatdıracaq.
“Bütün mövzular üzrə biz öz mövqeyimizi çatdıracağıq və imkan
verməyəcəyik ki, bu seminar birtərəfli olaraq Azərbaycanın piarına
çevrilsin” - deyə deputat bildirib.
Poqosyan təsdiq edib ki, seminara dəvət edən tərəf-NATO Parlament
Assambleyası Azərbaycan hakimiyyətindən erməni nümayəndə heyətinin
təhlükəsizliyinə təminat alıb. Belə təminatla Azərbaycan parlamenti
çıxış edib.
Poqosyanın bildirdiyinə görə, NATO təhlükəsizlik təminatı almaq
üçün Azərbaycanla “fəal işləyib”.
R.Kirakosyan isə deyib ki, seminarda Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla nizamlanmasına dair məruzə ilə çıxış edəcək. Azərbaycan
tərəfdən isə belə məruzə ilə xarici işlər nazirinin müavini Araz
Əzimov çıxış etməyə hazırlaşır.
Riçard Kirakosyan
Kirakosyan Bakıdakı seminarda iştirak zamanı “Azərbaycanın
ermənilərə münasibətini nəzərə alaraq” öz təhlükəsizliyindən
narahat olacağını deyib.
“Lakin mən əlavə etməliyəm ki, NATO Parlament Assambleyası erməni
nümayəndə heyətininin təhlükəsizliyinin təminatı üçün hər cür
tədbir görüləcəyinə bizi əmin edir. Seminara ev sahibliyi edən
tərəfdən bütün iştirakçıların təhlükəsizliyinə təminat almaq
Assambleyanın vəzifəsidir” - deyə Kirakosyan bildirib.
Onun sözlərinə görə, erməni nümayəndə heyəti Bakıdan iyunun 19-da
qayıdacaq.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...