Nida.az
Partiya sədri Ramiz Rövşəni Anara səs verdiyi üçün tənqid etdi
Əhrar Partiyasının sədri, Müsavatın əsas simalarından olan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli müxalif düşərgəyə yaxınlığı ilə seçilən şair Ramiz Rövşəni Yazıçılar Birliyinin qurultayında Anara dəstək verdiyi üçün sərt tənqid edib.
Publika.az xəbər verir ki, V. Hacıbəyli “facebook” səhifəsində yazıb ki, Ramiz Rövşən əslində seçimini çoxdan edib və Azərbaycan Yazıçılar Birliyinin qurultayında onun Anarın sədrliyini müdafiə etməsində nəsə bir yenilik yoxdur:
“Şəxsiyyətinə gəldikdə isə, onu tanıdığım gündən həmişə özü barəsində çox yüksək fikirdə olub. Mən, əslində, bunu qüsur da saymıram, çünki bu qüsur çoxumuzda var. Məncə, onun siyasilərə həsr etdiyi və indiki mövqeyi ilə bağlı sosial şəbəkələrdə çox müzakirə edilən məlum şeirləri də məhz siyasi konyukturaya, siyasilərdən çox onun özünütəsdiqinə xidmət edirdi ki, bunu da kim başa düşübsə, anlayışla qarşılayıb. Biz Ramiz Rövşəni “Göy üzü daş saxlamaz” kitabındakı şerlərinə görə sevmişik, o isə həmişə özünü sevib. Bugünkü reallıqda onun bizim sevgimizə daha ehtiyacı yoxdursa, bu da onun seçimidir.
Eyni zamanda, deməliyəm ki, Ramiz Rövşənin özünəvurğunluğu ilə
Əkrəm Əylislinin özünəvurğunluğunu eyniləşdirmək olmaz. Əkrəm
Əylisli “Daş yuxular”ı yazmaqla hikkənin, özündən müştəbehliyin
istedadı və mənəviyyatı hansı səviyyədə deqradasiya uğrada biləcəyi
reallığını nümayiş etdirdi. Ramiz Rövşənin, o cümlədən onun AYB
sədrliyinə namizədliyini müdafiə etdiyi yazıçı Anarın, digər
ziyalılarımızın bəzi açıqlamaları bizə xoş gəlməyə bilər, bəzən
onların mövqeyi irticaya münasibətdə qeyri-prinsipiallıq kimi
qiymətləndirilə bilər. Lakin bu gün vətəndaş mövqeyi nümayiş
etdirmədikləri üçün tənqid olunan Anar kimi, Vaqif Səmədoğlu kimi,
Ramiz Rövşən kimi, Sabir Rüstəmxanlı kimi, mərhum Bəxtiyar
Vahabzadə kimi ziyalılarımızın heç biri heç vaxt ləyaqətsiz mövqe
tutmayıb. Bunu da ədalət naminə qeyd etməyimiz lazımdır”.
Qeyd edək ki, müxalifət düşərgəsində R. Rövşənin Anarı müdafiə
etməsi müxalifətçilərin tənqidinə səbəb olub.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!