Nida.az
Arzu Abdullayeva bu fotosuna görə məsuliyyətə cəlb oluna bilər
“Arzu Abdullayeva vətənə xəyanətə görə məsuliyyətə cəlb olunmalıdır”.
Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri erməni Karen Ohancanyanla fotosuna münasibət bildirərkən deyib.
QAT sədri qeyd edib ki, Azərbaycanda bir sıra şəxslər pul aldıqlarına görə vicdanlarını satırlar: “Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Leyla Yunus kimilər Azərbaycanın ürəyində qara yaradır. Arzu Abdullayeva deyir ki, erməni ilə Xocalıya görə üzr istədiyi üçün qucaqlaşıb foto çəkdirib. Kimdir üzr istəyən, ermənilərmi? Onların hamısı beynəlxalq afristdirlər, fahişələrdir. İndi Xocalı ilə bağlı nəsə söz deyirlərsə, bayram etməliyik?”
A. Nağı qeyd edib ki, torpaqlarımız nə qədər ki işğal
altındadır, bu cür təmaslar, mehribançılıq olmamalıdır.
“Amma onlar pul aldıqları üçün vicdanlarını belə satıblar. Hesab
edirəm ki, Azərbaycan qanunvericiliyi səviyyəsində bu adamlar
məsuliyyətə cəlb olunmalıdır”,– deyə QAT sədri qeyd edib.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov