Milli Şurada yer qalmaqalı: KXCP ilə dava yenidən başlayır
Bizi izləyin

Nida.az

Milli Şurada yer qalmaqalı: KXCP ilə dava yenidən başlayır

Milli Şura sessiyasını keçirməyə yer axtarır.

Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal hafta.az-a açıqlamasında deyib ki, AXCP-nin qərargahı yararsız hala düşəndən sonra sessiyanın keçirilməsi üçün problem yaranıb.

“KXCP-də də problem var, problem olmasaydı orda keçirərdik. Buna görə də sessiyanın keçirilməsi üçün hakimiyyətə yer üçün müraciət edə bilərik”,– deyə o bildirib.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə Publika.az-a açıqlamasında bildirib ki, sessiyanın keçirilməsi üçün onların qərargahı hər an açıqdır: “Amma mayın 2-də keçirilən sessiyada KXCP ilə problem yarandı. Düzdür, sonradan bu problem həllini tapdı. Amma o sessiyadan sonra Milli Şura Koordinasiya Şurasının iclaslarını RATİ-nin ofisində, yaxud digər yerlərdə keçirməyə başladı. Bu, bizim problem deyil və bizim tərəfimizdən heç bir narazılıq olmayıb. Özləri belə istəyiblər, biz buna qarışa bilmərik. KXCP-nin qərargahında müxtəlif siyasi təşkilatlar tədbirlərini keçirirlər. Milli Şura da keçirə bilər, amma özləri belə qərar veriblər”,– deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm