YAP-dan Milli Şuranın hökumətdən yer istəyinə cavab
Bizi izləyin

Nida.az

YAP-dan Milli Şuranın hökumətdən yer istəyinə cavab

“Hökumətin Milli Şuraya sessiya keçirmək üçün yer verməyə borcu yoxdur”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında Milli Şuranın sessiya keçirmək üçün hökumətdən yer istəməsinə münasibət bildirərkən deyib. A. Mirzəzadə hesab edir ki, bu, piar xarakteri daşıyır: “Çünki Milli Şuranın 50-60 nəfə üzvü qalıb. Bu qədər adamın toplanması üçün böyük yer lazım deyil. Digər tərəfdən bu gün Bakıda özəl yerlər kifayət qədərdir. İcarəyə götürüb sessiyalarını keçirə bilərlər”.

YAP rəsmisi qeyd edib ki, Milli Şura üzvləri olduğu partiyaların qərargahında da sessiya keçirə bilər.

“Son dövrlər müxalifət özünü cəmiyyətin yadına salmaq üçün bu cür gedişlərdən istifadə edir. Gah Müsavat qurultay üçün yer istəyir, gah Milli Şura sessiya keçirmək üçün. Mili Şura cəmiyyətin yadından çoxdan çıxıb. Siyasi proseslərdə nə iştirakı, nə də fəaliyyəti görünür”,– deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm