
“Azərbaycana dini inqilabların ixracı mümkün olmayacaq”.
Bu barədə millət vəkili Asim Mollazadə Publika.az-a
açıqlamasında son vaxtlar radikal dini qruplaşmaların fəallaşması
məsələsinə münasibət bildirərkən deyib. Onun fikrincə, belə
fikirləri yayanlar öz istəklərini ifadə edirlər: “Azərbaycan İslam
dünyasının qabaqcıl ölkələrindəndir. Mümkündür ki, hansısa ölkə
Azərbaycanda sabitliyi pozmağa cəhdlər etsin. Bu, Azərbaycanla
hansısa sahədə rəqabət aparmaq istəyən, bizim, dövlət kimi
inkişafımızı sevməyən ölkələr ola bilər. Lakin hansısa dini
müdaxilə, inqilabdan danışmaq mənasızdır”.
Asif