Heydər Əliyev hər kəsi səbirlə dinləyirdi... - Eks-nazir
Bizi izləyin

Nida.az

Heydər Əliyev hər kəsi səbirlə dinləyirdi... - Eks-nazir

“Hakimiyyətə gəldiyi ilk vaxtlarında onun yanında keçirilən toplantılarda nə üçün bu qədər səbir nümayiş etdirdiyinin səbəbini bir müddət sonra başa düşmüşdüm”.

Bu sözləri Publika.az-a 1994-1999-cu illərdə Azərbaycan Respublikasının maliyyə naziri olan Fikrət Yusifov Ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

“Heydər Əliyev keçirdiyi bütün müşavirələrdə hər kəsi sona qədər dinləməyi bacarırdı. Bütün əyləşənlər çıxış edənin yersiz, lüzumsuz danışdığını düşünəndə o, səbirlə hər kəsi dinləyirdi. Hakimiyyətə gəldiyi ilk vaxtlarında onun yanında keçirilən belə toplantılarda nə üçün bu qədər səbir nümayiş etdirdiyinin səbəbini bir müddət sonra başa düşmüşdüm. Heydər Əliyev bu çıxışlarda özünə lazım olan informasıyanı əldə edirdi. Bu informasiya isə ona reallıqları bilmək üçün lazım idi”, - F.Yusifov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm