Siyavuş Novruzov: “Ordumuz 3 günə İrəvanı alar”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Ordumuz 3 günə İrəvanı alar”

“Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”.

Publika.az xəbər verir ki, bu barədə YAP icra katibinin müavini, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.

Hazıda regionda böyük gərginliyin olduğunu, hər gün atəşkəsin pozulduğunu deyən S. Novruzov bildirib ki, atəşkəs haqqında saziş imzalanandan sonra bu günə qədər Naxçıvan Muxtar Respublikasında heç vaxt atışmalar olmurdu: “Amma bu yaxınlarda orada da atəşkəs pozuldu. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin aktuallığını bir daha təsdiqləyir”.

Komitə üzvü hesab edir ki, Azərbaycan Ermənistanla danışıqlar aparmamalıdır.

“Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç bir məsələni həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq. Ermənistan müstəqil dövlət deyil və Rusiyanın sözündən kənara çıxa bilməz. Ermənistan istənilən qərar qəbul etsə də belə, Rusiya razılıq verməsə, bu qərarın heç bir əhəmiyyəti yoxdur”,– deyə o bildirib.

S. Novruzov daha sonra erməni deputatların Bakıda səsləndirdikləri ittihamlara cavab verib: “NATO PA-nın Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir.

Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistandan heç kim Dağlıq Qarabağa hərbi xidmətə gəlmək istəmir. Hətta onların arasında insidentlər də baş verir. Bu yaxınlarda Qarabağdan olan əsgər Ermənistandan gələn əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm