Mübariz İbrahimovla bağlı İBRƏTAMİZ ADDIM
Bizi izləyin

Nida.az

Mübariz İbrahimovla bağlı İBRƏTAMİZ ADDIM

Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü münasibətilə “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib.

Publika.az xəbər verir ki, bu müsabiqəni jurnalist Şahin Sərdarlı öz maaşı hesabına elan edib.

Müsabiqədə iştirakın yaş məhdudiyyəti yoxdur.

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər – 100 manat

II yer – 2 nəfər – 75 manat

III yer –3 nəfər – 50 manat

Qeyd edək ki, Müsabiqə fondu jurnalistin aylıq əməkhaqqısı hesabına maliyyələşəcək. Müsabiqənin mükafatlandırma mərasimi Mübariz İbrahimovun doğum günündə – 7 fevral tatixində baş tutacaq.

Şahin Sərdarlı müsabiqə ideyasının ortaya çıxmasına dair fikirlərini Publika.az-la bölüşdü:

“Məlum məsələlərdən sonra hər kəs məsələyə bir cür reaksiya verdi. Mən o şəxsin adını çəkmək istəmirəm və bu müsabiqəyə onu qatmaq fikrim yoxdur. Düşünürəm ki, xalq ona öz lazımi cavabını verdi. Mübariz Azərbaycan xalqının oğludur. Və onu adınalayiq yad etmək isə hər bir azərbaycanlının borcudur.

Bildiyimiz kimi, fevral ayının 7-si Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümüdür. Düşündüm ki, belə bir müsabiqə başlatsaq, çox önəmli bir iş görmüş olarıq. Mübarizin Azərbaycan üçün olan xidmətlərini daha geniş şəkildə aşılamaqla daha çox şeylər öyrənə bilərik. Hətta düşünürəm ki, müsabiqə iştirakçılarının bütün yazılarından ibarət bir kitab da dərc edək”.

Qeyd edək ki, müsabiqə üçün yazıları “[email protected]” e-mail ünvanına göndərə bilərsiniz. Yazıların son qəbul edilmə tarixi 31 yanvar 2019-cu ildir. Müsabiqədə qalib olmuş yazılar mətbuatda dərc olunacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm