“Prezident İlham Əliyev suallardan qaçmayaraq, onlara layiqli cavab verirdi”
Bizi izləyin

Nida.az

“Prezident İlham Əliyev suallardan qaçmayaraq, onlara layiqli cavab verirdi”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi. Onun beynəlxalq təşkilata Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, AŞPA Nazirlər Şurasının sədri kimi götürdüyü məsuliyyəti qiymətləndirilməsi bütün politoloji tələblərə cavab verirdi”.

Publika.az xəbər verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, verilən suallara dövlət başçısının cavabları auditoriya qarşısında ciddi və demokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi.

“Onun Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə deputatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olmuşdular. Cənab Prezidentin bəzi ermənipərəst deputatların verdiyi təxribatçı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi. Təcrübəli bir siyasətçi kimi cənab İlham Əliyev suallardan qaçmayaraq onlara layiqli cavab verirdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları ona yaxınlaşaraq qürur duyduqlarını bildirirdilər”,– deyə millət vəkili bildirib.

A. Mirzəzadə qeyd edib ki, İlham Əliyev Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbaycanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm