Rusiya Azərbaycanı müharibəyə hazırlayır – İddia
Bizi izləyin

Nida.az

Rusiya Azərbaycanı müharibəyə hazırlayır – İddia

Bu gün Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinin (AB) Azad ticarət zonası və avroatlantik təhlükəsizlik sisteminə daxil olur.

Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Naira Ayrumyan hesab edir ki, bu ölkələr arasında Ermənistan da ola bilərdi.

“Əgər Ermənistan prezidenti Serj Sarkisyan 3 sentyabr 2013-cü ildə Moskvada Avrasiya İttifaqına qoşulacağı barədə bəyanat verməsəydi”, - erməni eksperti qeyd edib. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında yeni hərbi əməliyyatları provokasiya edə biləcəyini heç vaxt gizlətməyib. Ekspert qeyd edib ki, məhz bu cür hədələr Ermənistan üçün ən böyük maneə oldu. Amma N.Ayrumyan müharibə təhlükəsinin bundan sonra da aradan qalxmadığını bildirir.

Yeri gəlmişkən, son məlumatlara görə, Azərbaycan Rusiyadan MTU-90M tank körpüsalanları alacaq. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin sifarişi ilə istehsalı davam edən bu tank körpüsalanları T-90 tanklarının şassisi üzərində yerləşir. Maşınlar Azərbaycana avqust ayında yola salınacaq.

Erməni mətbuatı isə bu xəbəri şərh edərkən bildirib ki, Rusiya Azərbaycanı müharibəyə hazırlamaqda davam edir.

“2013-cü ilin noyabrında Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamalı idi. Amma Rusiya bunun qarşısını ala bildi. Həmin vaxtdan Ukraynada ağlasığmaz hadisələr baş verdi: Avromaydan, prezidentin qaçışı, qaz müharibəsi, Krımın zəbt edilməsi, ölkənin şərqində separatizm, yeni prezident seçkiləri və Rusiyanın məğlubiyyəti. Amma bu yalnız ukraynalılar sayəsində olmadı. Avropa Rusiyaya qarşı konkret addımlar atmağa başladı. ABŞ və Avropanın assosiasiya haqqında razılaşmanın imzalanması ərəfəsində Rusiyaya qarşı sanksiyaların yeni paketindən danışmağa başladı. Avropa son aylarda Rusiya ilə ünsiyyətinin yollarını tapdı – sanksiyalar və təcrid etmə”, – erməni eksperti qeyd edib.

Onun sözlərinə görə, Qərbin Ukrayna, Moldova və Gürcüstandan sonra diqqətin Ermənistana yönəldəcəyi gözlənilsə də, bunun baş verməyəcəyi dəqiqdir: “Hazırda Rusiya fəxr edə bilər ki, Ermənistanı saxladı. Amma uzun müddətmi?”

Erməni ekspertin “Amma uzun müddətmi? sualına cavab vermək elə də çətin deyil. Nəinki uzunmüddət, Ermənistan həmişəlik Rusiyanındır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm