Qarabağdakı şirkətlərlə bağlı araşdırmalara başlandı - Rəsmi açıqlama
Bizi izləyin

Nida.az

Qarabağdakı şirkətlərlə bağlı araşdırmalara başlandı - Rəsmi açıqlama


Ermənistan Azərbaycana qarşı daha bir hiyləyə cəhd edib. Belə ki, qondarma “Dağlıq Qarabağ”dakı şirkətlər özlərinin hüquqi ünvanlarını dəyişdirəcəklər.

Axar.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Qarabağdakı şirkətlər öz hüquqi ünvanlarını Ermənistanda qeydiyyatdan keçirəcəklər. Bununla da, onlar Ermənistan şirkətləri kimi beynəlxalq bazara çıxmaq imkanına sahib olacaqlar. Erməni qəzeti belə addımın atılmasına əsas səbəb kimi Ermənistanın Avrasiya İttifaqına üzv olan zaman Qarabağla bağlı götürdüyü öhdəlikləri göstərib.

Publika.az məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyini aydınlaşdırmağa çalışıb.

Məlub olub ki, artıq Azərbaycan tərəfi bununla bağlı araşdırmaya başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu cür məsələləri beynəlxalq qurumların qarşısında qaldırır: “Biz erməniləri ifşa etməyə çalışırıq. Dağlıq Qarabağ beynəlxalq hüquq tərəfindən tanınmır, tanınmayacaq da. Azərbaycan heç zaman imkan verməz ki, bizim ərazimizdə ikinci erməni dövləti yaradılsın. O ki qaldı ermənilərin təxribatlara əl ataraq hiylə gəlməsinə, Azərbaycan tərəfi bu cür halları dəfələrlə ifşa edib və məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırıb. Bu, əvvəl də olub və qarşısı alınıb. Bu gün də bu istiqamətdə fəaliyyətimiz davam edir”.

E. Abdullayev qeyd edib ki, Qarabağdakı erməni şirkətlərinin Ermənistan üzərindən qeydiyyatdan keçərək dünyaya çıxmaq cəhdləri üzərində Azərbaycan tərəfinin araşdırmaları davam edir.

“Bu, çox dəqiq və dərin tədqiqat tələb edir. Araşdırmanı bitirəndən sonra, məsələ müxtəlif beynəlxalq instansiyaların qarşısında qaldırılacaq”,- deyə XİN sözçüsü diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm