.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu gün Birləşmiş Ştatların Missisipi ştatından olan
respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan
respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ
nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında
ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə edilib, ATƏT Parlament Assambleyasının Bakıda
keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə
toxunularaq, tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə
qeyd olunub.