Moskva Avrasiya İttifaqının qarşılığında Bakıya nələri vəd edir?- İddia
Bizi izləyin

Nida.az

Moskva Avrasiya İttifaqının qarşılığında Bakıya nələri vəd edir?- İddia

Rusiya Avrasiya İttifaqının qarşılığında Bakıya ucuz silah, geniş ticarət dövriyyəsi və Qarabağ münaqişəsinin həllini vəd edir.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni mətbuatı çıxış edib.

Ekspertlərin əksəriyyəti hesab edir ki, Rusiya Bakının Avrasiya İttifaqına çəkməkdə israrlıdır. Bakının buna etirazı isə yumşaq formadadır. Ortada ticarət əlaqələri, ucuz silah və Qarabağ var.

Bakı və Moskvanın Qarabağla bağlı gizli danışıqlar apardığı mümkündür. Rusiya qoşunlarını Qarabağda yerləşdirilmək istəyir, lakin bunun üçün bir neçə rayonu Azərbaycana vermək lazımdır.

Putin anlayır ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması xeyrinədir, amma gərək Türkiyə və Qərb Bakını bu ittifaqa itələsin. Bunun baş verməsi də mümkündür. Ankara Bakının xeyrinə Rusiyadan nəsə almağa çalışır.
Moskvanın ittifaqı müflisləşib. Bu, xüsusilə 27 iyunda Ukrayna, Moldova və Gürcüstanın Avropa Birliyi ilə Assosiativ Sazişi imzalanmasından sonra daha qabarıq görünür. Düzdür, Azərbaycanın ittifaqa daxil olması bu müflisliyi qurtarmayacaq, amma Qafqazda mövqeləri bərkitmək üçün Moskvaya qoşunlarının Qarabağda yerləşdirilməsi lazımdır. Bu, Rusiya imperiyasının ilkin xilası da ola bilər.

Rusiya hazırda qoşunlarını Qarabağa yerləşdirmək üçün İrəvanı müharibə ilə şantaj edir. İrəvanda isə anlayırlar ki, növbəti addım hakimiyyətin devrilməsi ola bilər. Proseslər rəsmi İrəvan üçün daralan halqanı xatırladır, amma hakimiyyət bu halqadan kənara çıxmaqda maraqlı da görünmür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm