Elmar Məmmədyarovdan İsa Qəmbərə cavab - Rəsmi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarovdan İsa Qəmbərə cavab - Rəsmi

“Bizə daxil olan Müsavat Partiyasının müraciətinə baxılır”.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Publika.az-a açıqlamasında Müsavat başqanı İsa Qəmbərin XİN rəhbəri Elmar Məmmədyarova partiyanın qurultayının keçirilməsi üçün yer probleminin həlli ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.

E. Abdullayev deyib ki, ümumiyyətlə, XİN-ə daxil olan müraciətlər kənara atılmır.

“Bizə müraciət daxil olursa, buna mütləq baxılır”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun əvvəlində Müsavat başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib. Müraciətdə E.Məmmədyarovdan AŞ Nazirlər Komitəsinin sədri kimi problemin həllinə yardım etməsi istənilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm