Bakı Xəzərdə silahlanır: Özünüzü “Dəniz Allahı”ndan gözləyin
Bizi izləyin

Nida.az

Bakı Xəzərdə silahlanır: Özünüzü “Dəniz Allahı”ndan gözləyin

Azərbaycan bölgədəki mürəkkəb geosiyasi şəraitdə öz hərbi potensialını artırmaq xətti götürüb. Rəsmi Bakı hərbi istiqamətdə artıq Türkiyə, Rusiya və İsrail daxil olmaqla Ukrayna, ABŞ, Gürcüstan, Qazaxıstan, Serbiya, Cənubi Afrika və Braziliya kimi bir neçə ölkə ilə əməkdaşlığı genişləndirir.

"Publika.az" xəbər verir ki, “Stratfor” analitik mərkəzi Cənubi Qafqazın ən güclü ordusu hesab edilən Azərbaycanın hərbi potensialını şərh edib. Mərkəz bildirir ki, sovet, yaxud Rusiya mənşəli hərbi təchizata malik Azərbaycan son vaxtlar öz arsenalını xüsusilə Türkiyə və İsrailin hesabına modernləşdirib. Geridə qoyduğumuz onilliklərdə Azərbaycan enerjidən gələn maliyyə vəsaitini hərbi potensialın gücləndirilməsinə yönəldə bilib.

Lakin Bakının gücünü bir neçə istiqamətdə artırmasının vacibliyi qalır.

1. Ermənistanla hərbi potensialı qorumaq.

2. Rusiya və İranın təsirindən yayınmaq.

3. Xəzərdə öz maraqlarını müdafiə etmək səviyyəsinə qalxmaq.

Mərkəz qeyd edir ki, birinci istiqamətdə balans Bakının xeyrinədir. Lakin digər iki istiqamətlə bağlı bunu demək bir qədər çətindir. Bu açıqları qapatmaq üçün Azərbaycan yeni hərbi təchizata başlaya bilər. Hansı ki, hava qüvvələrinin modernləşdirilməsi üçün keçmiş sovet və ya Rusiya istehsalından qurtulmağa bir qədər pul xərcləmək lazımdır.

Belə ki, rəsmi Bakı Ukraynadan MİG 29, SU 24, SU 25 kimi hərbi təyyarələr əldə edə bilib.

Azərbaycanın uçuş zolağı infrastrukturunu isə Türkiyə və ABŞ-ın hesabına təkmilləşdirməyə başlayıb. Bununla yanaşı, ABŞ-dan müasir radar və kommunikasiya təchizatını da ala bilib. Həmçinin, İsraildən alınana hərbi texnikalar Bakının hərbi arsenalını xeyli möhkəmləndirib.

Lakin Xəzərdəki donanma arsenal baxımından bir qədər axsayır və bunun həll edilməsi istiqamətində Bakı yetərincə tər tökür. Artıq bir neçə nailiyyət də var.

Belə ki, bu sahədə lazım olan arsenal kifayət qədər bahalı olsa da, Azərbaycan “Orion P 3C” kimi bacarıqlı dəniz müşahidə təyyarəsini əldə edə bilib. Hazırda ABŞ-dan “P 8 Poseydon”unun alınması istiqamətində iş gedir. Görünən budur ki, Azərbaycan Xəzərdə gücünü artırmaq niyyətindədir.

Qeyd edək ki, “P 8 Poseydon” ABŞ donanmasında sualtı və su üstü döyüş təyyarəsidir. Hərbi texnikanın göstəriciləri də kifayət qədər yüksəkdir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm