Nida.az
Ermənilərdən Gürcüstana 7 ŞOK TƏLƏB
Gürcüstanın Samsxe-Cavaxetiya və Kvemo-Kartli bölgələrində yaşayan ermənilər rəsmi Tiflisin Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşmasını dəstəklədiklərini bəyan ediblər. Lakin ermənilərin bununla bağlı şərtləri də var.
Publika.az gürcü mediasına istinadən xəbər verir ki,
Samsxe-Cavaxetiya və Kvemo- Kartli erməni təşkilatlarının məsləhət
şurası bəyan edir ki, onlar bunu dəstəkləyirlər: “Avropa
prinsipləri Gürcüstanın erməni əhalisi üçün münasibdir. Bizim
əhalimiz öz gələcəyini Avropa ailəsində görür, hansı ki burda heç
bir diskriminasiya olmayacaq. Biz ümid edirik ki, Avropa yolunu
seçmiş Gürcüstan tələblərimizi nəzərə alacaq. Bu tələblər Avropa
prinsiplərinə və Gürcüstanın maraqlarına əsaslanır”.
Ermənilərin prinsipləri bunlardır:
1. Erməni dilinə regional statusun verilməsi.
2. Ermənilərin çoxluq təşkil etdiyi şəhərlərə özünüidarəetmə hüququnun verilməsi.
3. Ermənilərə aid ictimai təşkilatlar, dinlər, mədəni azadlıqlar və təhsil müəssisələrinə qarşı aparılan siyasətin dayandırılması.
4. Qeyri-leqal yoxlamaların və güc strukturlarının müdaxiləsinin dayandırılması.
5. Mübahisəli hesab edilən kilsələrin qaytarılması.
6. Erməni-gürcü universitetinin yaradılması.
7. Yaşadığımız bölgədə etnik tərkibin süni şəkildə
dəyişdirilməsinin dayandırılması.
Asif
-
Nida Xəbər 15:16
Dünya liderləri Bakıda onları izlədilər - VİDEO
-
Nida Xəbər 13:48
"Onlara pis xəbərim var: biz dünyaya deyirik ki..." - Prezident
-
Dünya13:18
Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün...
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi