AXCP və REAL toqquşdu: Sərkisyana qarşı “siçan əməliyyatı?”
Bizi izləyin

Nida.az

AXCP və REAL toqquşdu: Sərkisyana qarşı “siçan əməliyyatı?”

AXCP sədri Əli Kərimli Fairmont otelində ATƏT PA-da iştirak edən avropalı nümayəndələrlə onun görüşünə maneələr yaradıldığını iddia edib.

Bu məsələ cəbhəçilərlə REAL hərəkatının üzvləri arasında yeni qarşıdurmaya səbəb olub. Sosial şəbəkələrdə geniş müzakirə edilən məsələ ətrafında tərəflər bir-birinə ağır ittihamlar səsləndiriblər.

Publika.az xəbər verir ki, REAL-ın icraçı katibi Natiq Cəfərli “facebook” səhifəsində yazıb ki, Ə. Kərimliyə olan maneələri qınayır, lakin o, diqqəti digər məsələyə çəkib: “Dünəndən bəri AXCP üzvlərinin yazılarını, fikirlərini, “Azadlıq” qəzetinin manşetini izləyərkən görürəm ki, əsas arqument kimi, “niyə həmin oteldə ermənilər görüş keçirə bilər, Əli bəy yox” tezisi səsləndirilir. Bu nə “akifnağılizimdir” axı? Belə ritorika ilə Qarabağ məsələsini həll etmək olmaz! Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşdırlar, azərbaycanlıdırlar, çünki azərbaycanlı – vətəndaşlıq tanımıdır. Ermənistan isə bizim qonşu dövlətdir, nə onlar bu coğrafiyadan Marsa köçəcək, nə biz Yupiterə gedəcəyik. Sivil dünyada belə “akifnağılizim” qəbul olunmur, normal qarşılanmır, müxalifət bunu anlamalıdır. Bizlər hakimiyyətə tək müxalif deyil də, həm də alternativ olmalıyıq! Biz anlamalıyıq ki, torpaqlarımızı mütləq qaytaracağıq, bunun üçün isə əsas məsələ ölkəmizdə normal, sivil, demokratik dövlətin qurulmasıdır!”.

Daha sonra o qeyd edib ki, heç kim ona vətənpərvərlik dərsi keçməsin: “Kimsə girib mənə vətənpərvərlik dərsi keçməyə çalışmasın, 94-96-ci illərdə, 2 il 7 ay könüllü olaraq Azərbaycan Milli Ordusunda xidmət etmişəm, özü də, Türkiyədə təhsildən imtina edib orduya getmişəm”.

N. Cəfərlinin bu fikirləri cəbhəçiləri yerindən oynadıb.

Əli Kərimlinin müşaviri Əbülfəz Qurbanlı REAL rəsmisinə cavab olaraq bildirib ki, siyasətçi olan dünən dediyi sözü unutmamalıdır: “N. Cəfərli 27 fevralda Sarkisyanı və Köçəryanı siçan dərmanı ilə öldürtmək istəyən Erkin bəyi belə dəstəkləmişdi ki, Erkinin tək səhvi odur ki, onun yazdıqlarını demirlər, sakitcə edirlər: “Ona qarşı fikir yazanlar özlərini liberal, demokrat, özgür adlandıranlardır, Qərbə, ABŞ-a müsbət baxanlardır. ABŞ Ben Ladeni həbs edib, mühakimə edə bilməzdi bəyəm? Amma etmədi, bilərəkdən məhv etdi. İsrail Münhendən sonra, ya da lap əvvəl, 2-ci Dünya müharibəsində yəhudilərin öldürülməsində iştirak edənləri həbs edib, mühakimə edə bilməzdi? Bilərdi, amma, məhv etdi onları, özü də dünyanın müxtəlif ölkələrində. Erkinin yazdıqlarına etiraz edənlərin əksəriyyəti yəhudiləri dünyanın ən ağıllı milləti, ABŞ-ı dünyanın demokratik dövləti sayanlardır. Bax belə bir təzad. Belə getsə, əleyhinə yazanlar Köçəryanların, Sarkisyanların hüquqlarının müdafiə komitəsi-zadı yaradacaqlar. Siyasətçi olduğuna iddia edən adam gərək ardıcıl olsun, dünənki mövqeyini bu gün unutmasın. Başqasına irad tutmamış da fikirləşsin ki, mənim buna haqqım varmı? Bunu yazsam, mənə nə cavab verərlər?”
Daha sonra o, N. Cəfərliyə “Erkin bəyi, bəlkə, ona görə istefaya göndərmisiniz ki, sizin ermənilərə qarşı siçan əməliyyatınızı ifşa edib” deyə ironiya ilə müraciət edib.

Qeyd edək ki, N. Cəfərli sosial şəbəkələrdə cəbhəçilər tərəfindən xeyli tənqid olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm