Nida.az
Bakıda Ağa Musa Nağıyevin heykəli ucaldılacaq
Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.
Bunu “Report”a açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.
Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO