Nida.az
Qərb rəsmi Bakını şantaja başladı: Klassik üslub
Avropa Birliyinin rəsmi saytında Azərbaycan tənqid edilib.
Publika.az xəbər verir ki, birliyin fəaliyyəti haqda məlumatları yayan “euobserver.com” saytında yayımlanan “Avropa Birliyinin böyük məbləğli qaz investisiya siyasəti səhvdir” başlıqlı məqalədə Azərbaycanla əməkdaşlığın yanlış siyasət olduğu qeyd edilir. Bildirilir ki, Avropanın qaz asılılığından qurtulmaq üçün yeni çəkilən böyük infrastruktura böyük məbləğdə vəsait ayrılması mənasızdır. Çünki onsuz da bu infrastrukturla enerji problemini həll etmək çətin olacaq.
Həmçinin məqalədə Azərbaycan, eləcə də Avropanın qaz almaq
istədiyi digər ölkələrdə insan haqlarının pozulduğu iddia
edilir.
Burda diqqətçəkən məqam AB-nin ruporu rolunu oynayan saytda bu
məqalənin yayımlanma tarixidir. Belə ki, iyunun 27-i Ukrayna,
Gürcüstan və Moldova AB ilə Assosiativ Sazişə imza atdılar.
Rusiyaya doğru uzanan regionda Ermənistan da öz seçimini Moskvaya
doğru edib. Yerdə qalan və əsas faktor rəsmi Bakının kimin yanında
olmasıdır. Halbuki Azərbaycan uzun müddətdir apardığı balans
siyasətini qoruyur, yəni heç kimin yanında olmaq istəmədiyini
bildirir. Qoşulmama Hərəkatının üzvü olmaqla da bu siyasətini
gücləndirib. Amma Avropanın enerji təhlükəsizliyindəki rolundan da
boyun qaçırmır, buna paralel olaraq Rusiya ilə da münasibətləri
qoruyur. Lakin bu, tərəflərə sərf edirmi?
Rusiya hazırda Bakının balans siyasətindən razı görünür, Avropa
da üzdə bir söz demir, amma görünür, Qərb Azərbaycanı da yanına
çəkməkdə israrlıdır. Bunun üçünsə ən yaxşı vasitə klassik insan
haqları təzyiqləridir ki, AB-nin saytında yayımlanan bu məqalənin
məqsədi burada aydınlaşır.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ