Nizami İsgəndərov Azərbaycanı tərk etdi
Bizi izləyin

Nida.az

Nizami İsgəndərov Azərbaycanı tərk etdi

“CTF” şirkətinin təsisçisi, “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin rəhbəri, sabiq millət vəkili Nizami İsgəndərov Türkiyəyə gedib.

Bu barədə Publika.az-a N.İsgəndərovun yaxını məlumat verib.

Səfərin qəfil baş verdiyini bildirən mənbə bildirib ki, N.İsgəndərov Türkiyədən də Dubaya gedəcək.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşüb. Nəticədə azyaşlının bir ayağı kəsilib, digəri isə ağır zədələnib. Bu hadisədən dərhal sonra Nizami İsgəndərov mediada gündəmə gəlib. Buna səbəb isə “Nabran Holiday Village” istirahət mərkəzinin ona məxsus olması olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm