Rusiya Azərbaycandan xahiş edib ki… – Ermənilərdən şok iddia
Bizi izləyin

Nida.az

Rusiya Azərbaycandan xahiş edib ki… – Ermənilərdən şok iddia

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda təşkil edilən forumu davam edir. Forum çərçivəsində diqqət çəkən bəyanatlardan biri dünən Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən verilib.

Ermənistan müdafiə naziri ölkəsində KTMT-yə yönəlik tənqidləri şərh edərəkən deyib ki, təmas xəttindəki gərginliklə əlaqədar hərbi ittifaqa müraciət etməyə ehtiyac görmür. O, qarşı tərəfə cavab verə bilmək üçün Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nın kifayət qədər gücü olduğunu dilə gətirib.

Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Naira Ayrumyan S.Ohanyanın bəyanatını Ermənistan-Azərbaycan münaqişə zonasına KTMT-nin qoşununu yerləşdirmək istəyən Rusiyaya rədd cavabı kimi qiymətləndirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişəni həll etmək üçün Dağlıq Qarabağa girmək istəyir. Çox ehtimal ki, ruslar azərbaycanlılar və türklərlə razılaşıblar. Artıq İlham Əliyevlə Vladimir Putinə məlumdur ki, Azərbaycan ilk olaraq neçə rayonu alacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı BMT-nin mandatına malik deyil. Amma təşkilatın nizamnaməsinə əsasən, ölkələrdən biri yardım üçün müraciət edəcəyi halda belə bir qərar qəbul edilə bilər. Ancaq Ermənistan müdafiə naziri ittifaqın köməyindən qəti şəkildə imtina etdi”, - N.Ayrumyan deyib.

Erməni eksperti iddia edir ki, Rusiya Ermənistana hücum etmək üçün Azərbaycana “xahiş edə”, nəticədə isə S.Sarkisyan kömək üçün müraciət etməyə məcbur ola bilər.

Onun sözlərinə görə, KTMT-nin Ermənistanda səlahiyyətləri başıbəlalı Avrasiya İttifaqına üzvlükdən sonra daha da artacaq: “Vladimir Putin bu gün Minskə Ermənistanın ittifaqa üzvlüyü haqqında razılaşmanın hazır layihəsini müzakirə etməyə gedir. Rusiya Azərbaycanı da ittifaqa cəlb etməyə çalışır. Amma bunun üçün Qarabağı bölmək lazımdır. Hazırda əsas məsələ budur”.

Erməni ekspert hesab edir ki, S.Sarkisyan hadisələrin bu cür inkişafını arzulamasa da, hər şey buna doğru gedir: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması tarixində bu cür qaçılmaz anlar əvvəllər də olub. Onlar ya Ermənistan prezidentinin istefası, ya dövlət çevrilişi ilə nəticələnib. Serj Sarkisyan bunlardan hansını seçəcək?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm