Nida.az
Milli Şura ilə KXCP-dən qarşılıqlı ittihamlar- Qalmaqal
Milli Şura ilə bu qurumda təmsil olunan KXCP arasında yeni qalmaqal başladı. Səbəbsə qurumun sessiyasının keçirilməsi üçün yerdir.
Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Publika.az-a bildirib ki, sessiyanı KXCP-nin qərargahında özləri keçirmək istəmir: “Bu partiyanın Milli Şuraya münasibəti bəllidir. Bu məsələni qabartmaq istəmirəm.
Amma bir dəfə KXCP çıxmaq məsələsini gündəmə gətirdi. Bizə çatan məlumatlara görə, bu səbəbsiz deyildi. Əgər növbəti dəfə KXCP-nin qərargahında sessiya keçirsək, eyni məsələni yenə qaldıracaqlar. Biz daha sakit, qalmaqalın olmadığı yerdə keçirmək istəyirik”.
KXCP isə bununla razılaşmır və Milli Şuranı ittiham edir. Partiya
sədrinin müavini Xəzər Teyyublu Publika.az-a
bildirib ki, bu yanlış mövqedir. Onun sözlərinə görə, KXCP bütün
qərargahı olmayan siyasi qurumlara, eləcə də Milli Şuraya yerlə
bağlı imkan yaradır: “Hətta bildirmişik ki, KXCP Milli Şurada
olmasa da, sessiyalarının bizim qərargahımızda keçirə bilərlər.
Amma nədənsə Milli Şura müxtəlif üzvləri səviyyəsində bu cür mövqe
sərgiləyir. Biz heç bir səbəb axtarmırıq və heç bir problemimiz
yoxdur”.
X. Teyyublu onu da qeyd edib ki, əgər Milli Şura yenə də bir
partiya hesabına genişlənsə, buna etiraz edəcəklər.
“KXCP hesab edir ki, Milli Şuranın genişlənməsi burda təmsil
olunmayan siyasi təşkilatlar, ziyalılar, ictimai xadimlər hesabına
baş verməlidir. Yoxsa, hansısa partiya yüzlərlə üzvünü gətirib bura
doldurmalı deyil. Milli Şura ötən prezident seçkilərində bundan da
geniş tərkiblə qatılmışdı.
Amma gedə bildiyimiz yer bəlli oldu. Güclü olduqmu? Xeyr. Bundan sonra hansısa partiyanın üstünlüyünü qəbul etmirik və biz buna etiraz etmişik. Bunu arqument gətirib KXCP-nin qərargahında sessiya keçirməmək mövqeyi Milli Şura üçün tamamilə səhvdir”-deyə X. Teyyublu bildirib.
Asif
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?