Səfirlərin Bakıya çağırılması təsdiqləndi - ÖZƏL
Bizi izləyin

Nida.az

Səfirlərin Bakıya çağırılması təsdiqləndi - ÖZƏL

Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantı bu ayın sonunda keçiriləcək.

Bu barədə Publika.az-a Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov açıqlamasında deyib: “Belə bir görüş olmalıdır. Ancaq dəqiq tarixi barədə heç bir söz deyə bilmərəm. Rəsmi açıqlama veriləndən sonra deyə bilərəm”.

Adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomat bu yaxınlarda prezidentlə görüşün olması barədə məlumat aldığını söyləyib.

Diplomat görüşün dəqiq gününü açıqlamayıb.

Xatırladaq ki, bu gün “modern.az” saytı diplomatik mənbəyə istinadən xəbər yayıb ki, yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm