Naxçıvan hücumunu Rusiya İrana qarşı təşkil edib - Şok
Bizi izləyin

Nida.az

Naxçıvan hücumunu Rusiya İrana qarşı təşkil edib - Şok

Erməni mediası Ərdoğanın Türkiyə-Ermənistan sərhədinin sentyabr ayından açılması ilə bağlı göstərişi haqda ilginc iddia ortaya atıb.

Publika.az xəbər verir ki, erməni mediası hazırda Ermənistana Türkiyə ilə sərhədin açılmasından çox, Naxçıvan vasitəsilə İranla tranzitin daha sərfəli olduğunu hesab edir. Və ortaya atılan şok iddiaya görə, Naxçıvan sərhədində Azərbaycan və Ermənistan ordusunun atəşkəsi pozaraq şiddətli atışmlarına səbəb Rusiya və Türkiyə olub. Bunun İrana qarşı düşünülmüş plan olduğu deyilir.

“Türkiyə ilə sərhədin açılışı Ermənistana nə verə bilər? Əslində, bundan yaxşı heç nə gözləmək lazım deyil. Çünki bu yola türk-rus ittifaqı nəzarət edəcək, hansı ki Moskva sərhədlərin açılmasını səbirsizliklə gözləyir. Digər tərəfdən, Ermənistan 20 ildir bağlı sərhədlərlə yaşayır və hər şey normal olub. Hazırkı vəziyyətdə İrəvana Türkiyə ilə deyil, İranla Naxçıvan vasitəsilə əlaqələrin qurulması sərf edir. Çünki İranın mövqeləri Naxçıvanda güclüdür.

Burda diqqət çəkən məqam, İranın Naxçıvanla azad ticarət zona yaratmaq təklifindən sonra Naxçıvan sərhədində atəşkəs pozuldu. Çünki burda İranın aktivliyi Nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın xoşuna gəlmir. Məhz buna görə də atəşkəsin pozulması Rusiya və Türkiyənin planı idi. Bununla İrana “münaqişəli zonaya girmə” çağırışı edildi”- deyə Ermənistanın “lragir.am” saytı iddia edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm