Nida.az
Zakir Həsənov Nazarbayevlə bir arada
Publika.az “AzırTAc”a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun iştirak etdiyi iclasda iyirmi məsələ, o cümlədən hərbi əməkdaşlığın gücləndirilməsi və onun prioritetlərinin müəyyənləşdirilməsi, üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi və s. müzakirə olunub. Həmçinin birlik ölkələri arasında uçuş təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənmə, ərazilərdə kimyəvi və bioloji qiymətləndirilmənin həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşüb.
Prezident Nursultan Nazarbayev qeyri-sabit geosiyasi və dünya iqtisadiyyatının böhranlı vəziyyəti şəraitində Qazaxıstanın qonşu ölkələrlə sıx hərbi əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək deyib: “Dövlətlərimizin əldə etdikləri birgə təcrübə, eləcə də hərbi sahədə ümumi təhsil, eyni tipli silahlarla təchizat, habelə xarici sərhədlərin mühafizəsinin ümumi məkanı sıx əlaqələrin gələcəkdə də qorunub saxlanmasından xəbər verir”.
Müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayan Qazaxıstan prezidenti deyib: “Hazırda biz hərbi texnikanın bəzi hissələrinin digər dövlətlərlə birgə istehsalının Qazaxıstana köçürülməsi üzərində düşünürük. Bununla əlaqədar biz müvafiq birgə müəssisələrin yaradılmasını tamamilə dəstəkləyəcəyik. Qonşu ölkələrin iqtisadi və daxili siyasi vəziyyəti Qazaxıstana təsir edir. Ona görə biz qonşularımızın, müttəfiqlərimizin birlik çərçivəsində də uğurla inkişaf etmələrini səmimi qəlbdən arzulayırıq”.
Prezident Nursultan Nazarbayev müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü