Kreml qorxu içində: Rusiyadakı azərbaycanlılar Qərbin təsirinə düşərsə...
Bizi izləyin

Nida.az

Kreml qorxu içində: Rusiyadakı azərbaycanlılar Qərbin təsirinə düşərsə...

Rusiya hökuməti Ukraynadan sonra beynəlxalq birliklə yaşadığı gərginliyin ölkə içinə sızmaması üçün addımlara başlayır.

Publika.az rus mediasına istinadən xəbər verir ki, Kremldə Millətlərarası Münasibətlər Şurasının bu məsələ ilə bağlı toplantısı keçirilib. Əsas müzakirə mövzusu Rusiyada yaşayan miqrantlarla yerli rusların sülh şəraitində yaşamasının təmin etməkdir. Bunun üçünsə mədəniyyət və təhsilin əsas faktor olduğu önə çəkilib. Bu iki əsas faktor üzərindən çıxış edərək Moskva Ukraynadakı prosesin Rusiyada yaşanmasına qarşı tədbirlər görəcək, xüsusilə də Rusiya gənclərinin ukraynalı həmyaşıdları kimi bölünməməsi üçün.

Qeyd edək ki, ekspertlər Kremlin Rusiyadakı gəncliyin, eləcə də miqrantların Qərbin təsirinə düşməsindən, bununla da rəngli inqilablara şəraitə yaranmasından qorxur. Hətta bunun üçün xüsusi kadrların miqrantlar arasında anti-qərb təbliğatının apardığı haqda xəbərlər də dolaşır.

Məlumat üçün bildirək ki, Rusiyadakı miqrantların böyük bir qismi də azərbaycanlılardır. Eyni təbliğatın azərbaycanlı miqrantlar arasında aparıldığı haqda məlumatlar yayılmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm