Nida.az
Qarabağ işğal altındadır (FOTO)
İtaliyanın “Globalist” xəbər portalında Azərbaycan
Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament
Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə
yerləşdirilib.
Publika.az-ın məlumatına görə, məqalədə Prezident İlham Əliyevin
Azərbaycanın inkişafı, ölkəmizdə son illərdə həyata keçirilən
islahatlar, mətbuat azadlığı, insan haqları, respublikamızda mövcud
tolerantlıq mühiti kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlər
əksini tapıb.
Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair fikirləri də yer alıb:
“Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan
münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş
münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz.
O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq
Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq
Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz
ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq
Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu
tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni
silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz
qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən
yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox
böyük ədalətsizlikdir”.
Məqalədə, həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata
keçirdiyi layihələrdən bəhs edilir.
Qeyd olunur ki, Fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının
bərpası və digər layihələr qurumun dünya mədəni irsinə töhfəsinin
bariz nümunəsidir.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI