Şeyxin nümayəndəsi İŞİD-ə qarşı savaşa başladı
Bizi izləyin

Nida.az

Şeyxin nümayəndəsi İŞİD-ə qarşı savaşa başladı

“Biz son vaxtlar qeyri-insani rəftarları ilə gündəmə gələn İŞİD-ə qarşı təbliğatı gücləndirmişik”.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Xaçmaz şəhər məscidinə yeni təyin olunmuş axund Yaşar Rzayev Publika.az-a açıqlamasında deyib. Şeyxin nümayəndəsi bildirib ki, İŞİD qeyri-müsəlman təşkilatıdır:

“Onlara müsəlman demək günahdır. Elədikləri də bunu göstərir. Biz daim camaat arasında bu məsələlərlə bağlı təbliğat aparırıq. Son günlər maarifləndirmə işini daha da gücləndirmişik”.

Onun sözlərinə görə, İŞİD-i Xaçmazda nə əhli-sünnə, nə də şiə camaatı dəstəkləyir.

“Onların davranışları müsəlmanlara qarşı olan rəftardır. Bunu hər kəs bilir. Biz də bunu insanlara göstərir, İŞİD-i ifşa edən təbliğat aparırıq”, - deyə Y. Rzayev bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm