“Şevarnadze Heydər Əliyevdən daim telefonla məsləhət alırdı”
Bizi izləyin

Nida.az

“Şevarnadze Heydər Əliyevdən daim telefonla məsləhət alırdı”

“Şevarnadze ilə Heydər Əliyev bir-birinə qardaşım və dostum deyirdi. Şevarnadze Heydər Əliyevdən daim telefonla məsləhət alır, müzakirələr aparırdı”.

Bu barədə Heydər Əliyevin prezidentliyi dövründə dövlət müşaviri işləmiş Qalib Hüseynli Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, xarici tədbirlərdə görüşdükləri vaxtlar da hər iki prezident sıx məsləhətləşmələr aparır, yaxın təmaslarda olurdular: “Onların dostluğu sovetlərin vaxtından var idi və bu dostluq Gürcüstanla Azərbaycanın müstəqil respublika olduğu zaman da davam etdi. Bu dostluq həm də iki ölkənin həyatına da müsbət təsir edirdi. Heydər Əliyev daha təcrübəli idi, buna görə də Şevarnadze ondan bəzi məsələlərdə məsləhət alırdı”.

Qeyd edək ki, Gürcüstanın ikinci prezidenti olmuş Eduard Şevardnadze bu gün 97 yaşında vəfat edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm