Nida.az
Elmar Məmmədyarov gürcü spikerlə görüşdü - Foto
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb.
Axar.az XİN-in rəsmi
saytına istinadən xəbər verir ki, görüş əsnasında nazir Elmar
Məmmədyarov Azərbaycan və Gürcüstan arasında olan əlaqələrin mövcud
səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata
keçirilməsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətindən danışaraq, bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına
töhfə verdiyini bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir
Elmar Məmmədyarov Ermənistanın regiondakı inkişaf proseslərindən və
regional layihələrdən kənar qalmasının əsas səbəbinin Ermənistanın
işğalçı siyasətində olduğunu vurğulayıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkələrimiz arasında
dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə
əminliyini bildirmiş və hər iki ölkənin parlamentinin də bu xüsusda
öz töhfəsini verməyə hazır olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr
barəsində fikir mübadiləsi aparılıb.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye