Səadət Yusifova: "Növbəti sənaye inqilabı dövrünü yaşayırıq"
Bizi izləyin

Nida.az

Səadət Yusifova: "Növbəti sənaye inqilabı dövrünü yaşayırıq"

"Uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, düzgün proqnozlaşdırmadan, qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən edilməsindən asılıdır".

Publika.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib. Onun sözlərinə görə, cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır: "Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq. Bugünkü Azərbaycan həm də bir neçə gün əvvəl 25 illiyini qeyd etdiyimiz Əsrin Müqaviləsinin yaratdığı ölkədir. Müqavilənin imzalanma mərasimində Heydər Əliyev demişdi ki, Əsrin Müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycanın xalqının inkişafı, onun firavan həyatı, Azərbaycan dövlətinin suverenliyinin qorunması üçün imkanlar yaradacaq. Onun arzuları bu gün həyata keçirilmiş gerçəklikdir”.

S. Yusifova onu da vurğulayıb ki, zaman yerində dayanmır, yeniliklər gətirir: “Hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşayırıq. Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu, özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ifadə edir. Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalardır, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm