Rüstəm İbrahimbəyov Rusiyadan deportasiya oluna bilər- Özəl
Bizi izləyin

Nida.az

Rüstəm İbrahimbəyov Rusiyadan deportasiya oluna bilər- Özəl

Avqust ayından başlayaraq Rusiya Federal Miqrasiya Xidməti bu ölkədə ikili vətəndaşlığı olan şəxslərin özləri haqda məlumat verməsi proseduruna başlayır. Bu aydan başlayaraq xəbər vermək üçün iki ay müddət qoyulacaq.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ikili vətəndaşlığı olan, lakin bu haqda məlumat verməyənlər məsuliyyətə cəlb olunacaq. Bura böyük miqdarda cərimələr də daxildir.

Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 74 mindən çox iki pasport daşıyan vətəndaş olduğu deyilir. Lakin Miqrasiya Xidmətinin sistemində onlar haqda məlumat yoxdur. Miqrasiya Xidməti vətəndaşlara problemlə bağlı xəbərdarlıq edir.

“Qoyulan müddətə az vaxt qalıb. Avqust ayının 5-dən başlayacaq prosedur üçün 27 gün vaxt qalıb. Hökumət heç kimin cəza almasının istəmir və bunun üçün lazım olanı edəcək. Lakin vətəndaşlar da özləri haqda məlumat verməkdə maraqlı olmalıdır”, - deyə xidmət bildirib.

Qeyri-rəsmi məlumata görə, hökumət ikili vətəndaşlığı haqda məlumat verməkdən boyun qaçıran miqrantlara qarşı daha sərt cəza üsulu seçəcək. Onların deportasiyası da gündəmə gələ bilər.

Rusiya hökumətinin bu addımı haqda müxtəlif versiyalar səsləndirilir. İlkin versiyaya görə, hökumət nə qədər ikili vətəndaşının olduğunu dəqiqləşdirmək istəyir. Lakin əsas məqsədin miqrantlarla bağlı olduğu deyilir. Belə ki, ikili vətəndaşlığını gizlədənlər əsasən miqrantlardır.

Qeyd edək ki, Rusiyada miqrant olaraq yaşayan azərbaycanlılar arasında da ikili vətəndaşlığı olanlar var. Onların ən məşhuru isə kinodramaturq Rüstəm İbrahimbəyovdur. R. İbrahimbəyovun ikili vətəndaşlığı haqda ilk informasiya ötən il ortaya çıxdı. Qoyulan müddətə öz statusu haqda məlumat verməsə, kinodramaturqun Rusiya həyatı təhlükə altına düşə bilər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm