Qarabağa hansı qoşun yeridilməlidir?- Vəfa Quluzadədən tarixi çıxış
Bizi izləyin

Nida.az

Qarabağa hansı qoşun yeridilməlidir?- Vəfa Quluzadədən tarixi çıxış

“Səfirin sözlərini mənə yanlış çatdırıblar, əslində, onun dedikləri ilə razıyam. Lakin bir məqamla razılaşa bilmərəm”.

Bu barədə Dağlıq Qarabağ danışıqlarına detallı bələd olan sabiq dövlət müşaviri Vəfa Quluzadə Publika.az-a açıqlamasında ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasında münasibət bildirərkən deyib.

V. Quluzadə bildirib ki, azad olunmuş ərazilərə xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı yanaşma düzgün deyil: “Səfir bu məsələni Azərbaycanla Ermənistanın öhdəsinə qoyur ki, guya, hər iki ölkə ərazilərə hansı qüvvələrin yerləşdirilməsində razılığa gəlməlidir. Ermənistan sözsüz ki, rus qoşunlarını istəyəcək. Azərbaycansa Türkiyə qoşunlarının yerləşməsini dəstəkləyəcək. Nə o, nə də bu məqbul olmayacaq”.

Sabiq müşavir ABŞ səfirinə Budapeşt sammitini xatırladıb.

“Görünür, səfirin Budapeşt sammitindən xəbəri yoxdur. ATƏT-in 1994-cü il Budapeşt sammitində bu məsələdə belə qərar qəbul olunub ki, beynəlmiləl qüvvələr olmalıdır və orda rusların sayı 30 faizdən artıq olmamalıdır. 70 faiz isə qərb qüvvələri olmalıdır. Lakin bu da məqbul deyil. Çünki 1999-cu ildə Heydər Əliyevlə Koçaryan arasında danışıqlarda ermənilər belə razılaşdılar ki, bir əmrlə bütün erməni qoşunları bizim ərazilərimizdən çıxır, bunun yerinə Azərbaycan ordusu daxil olur və bundan sonra əhalinin yerləşdiriməsi başlanılır. Əgər bura beynəlxalq qüvvələr yerləşdiriləcəksə, əhali ora niyə getməlidir? Qərb dostlarımıza məsləhət görərdim ki, bu barədə dərdin düşünsünlər”- deyə politoloq vurğulayıb.

V. Quluzadə hesab edir ki, Rusiya istəyir ki, öz qoşunlarını bu ərazilərə yerləşdirməklə Azərbaycan torpaqlarını yenidən işğal altına salsın: “Halbuki Rusiyanın müdaxiləsi olmasa, 99-cu ildəki razılığa əsasən ermənilər qoşunlarını çəkə, Azərbaycan öz qoşununu ora yeridə bilər. Bundan sonra əhalinin yerləşdirilməsi başlana bilər. Amma o ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunmasa, əhali qayıda bilməz. Bu cür yanaşma, əslində, işğalın davam etməsinin bir punktudur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm