Sülhəddin Əkbər Milli Şuradan xeyli əvvəl çıxıbmış - Qurumdan açıqlama
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbər Milli Şuradan xeyli əvvəl çıxıbmış - Qurumdan açıqlama

Azad Demokratlar Partiyasını təsis edən Sülhəddin Əkbər Milli Şuradakı fəaliyyətinə xitam verdi.

S. Əkbər Publika.az-a müsahibəsində (http://publika.az/p/28941) bunu belə izah edib: “Partiyanın qərarına uyğun olaraq, Milli Şurada olan üzvlərimizin hamısının bu qurumdakı fəaliyyəti dayandırıldı. Qərar verdik ki, yalnız siyasi-ideoloji xəttə uyğun olan birlikdə olaq. Birliklərdə iştiraka gəlincə, ölkənin bütün demokratik potensialını mobilizasiya edən geniş əsaslı milli-demokratik qüvvələrin birliyi olarsa, iştirak edəcəyik. Siyasi liderlər, yaxud siyasi partiyalar ətrafında yaradılan birlikdə iştirak etmək fikrimiz yoxdur”.

Məsələ ilə bağlı Publika.az-a münasibət bildirən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı bildirib ki, S. Əkbərin bu addımı təəccüblü deyil. Onun sözlərinə görə, S. Əkbər KM-nə üzv seçilməkdən imtina edən zaman getməklə bağlı planlarını qurmuşdu: “Biz onun gec-tez Milli Şuradan gedəcəyi qənaətinə gəlmişdik. Fikrimcə, onun istefası nə Milli Şuranı zəiflətdi, nə də gücləndirdi. Biz hesab edirik ki, bu istefa Sülhəddin Əkbərin öz qərarıdır. Mənim onunla bu mövzuda söhbətimiz olub. Əvvəl Milli Şuradan kiminsə getməsi faciə kimi qəbul olunurdu. İndi bu, normal prosesdir. Kimsə gedəcək, kimsə də gələcək”.

KM-nin digər üzvü Vidadi Mirkamal da S. Əkbərin gedişinin gözlənilməz olmadığını hesab edir. Onun sözlərinə görə, S. Əkbərin partiyası uzun müddətdir qurumda, demək olar ki, fəaliyyət göstərmirdi: “Bunu partiya quruculuğu ilə əlaqələndirirdilər. Lakin getməklə bağlı rəy əvvəldən yaranmışdı və biz buna müəyyən mənada əmin idik. Hesab edirəm ki, bu normaldır və Sülhəddin Əkbərin öz seçimidir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm