Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edilib
Bizi izləyin

Nida.az

Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin "ADA" Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.


Publika.az-ın məlumatına görə, Prezidentin digər sərəncamı ilə universitetin nizamnaməsi təsdiq olunub.

Sərəncamda “ADA” Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi, universitet nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi də öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm