Obama Azərbaycana yeni səfir namizədini irəli sürdü
Bizi izləyin

Nida.az

Obama Azərbaycana yeni səfir namizədini irəli sürdü

İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekutanın namizədliyini irəli sürmək niyyətindədir.

Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir.

O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır.

Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm