Nida.az
Rəsul Quliyevin Fətullah Gülənlə işbirliyi xəbəri yayıldı - Özəl
Rəsul Quliyev Amerikada Fətullah Gülənlə mütəmadi olaraq görüşür.
Bu barədə R. Quliyevin adının açıqlanmasını istəməyən keçmiş silahdaşı Publika.az-a məlumat verib. Məlumata görə, sabiq spiker Pensilvaniya ştatında səfərlərdə olur və zaman-zaman Gülənlə görüşlər keçirir. F. Gülənin onun Amerika həyatına da köməkliyi dəydiyi deyilir.
Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasına F. Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkir.
“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa
sürükləmək istəyir”, - deyə eks-spiker camaat liderini belə təqdim
edir.
Nur camaatının Azərbaycanda fəaliyyətə başladığı 90-cı illərdə R.
Quliyevin yüksək vəzifədə təmsil olunması diqqətdən yayınmır və
camaatın Azərbaycanda genişlənməsi üçün eks-spikerin yardımının
toxunduğu qənaətini yaradır.
Lakin R. Quliyevin spiker olduğu dövrdə dövlət müşaviri işləmiş Qabil Hüseynli Publika.az-a açıqlamasında buna az inandığını deyib: “Nurçular Azərbaycana 90-cı illərin əvvəlində gəlib. Lakin Rəsul Quliyevin onlar haqda təsəvvürünün belə olması sual altındadır. Buna görə onların Azərbaycandakı fəaliyyətində Rəsul Quliyevin də köməklik göstərdiyini demək inandırıcı deyil. Güman ki, R. Quliyev bu camaatla Amerikada tanış olub. Ehtimal etmək mümkündür ki, Fətullah Gülənlə müəyyən yaxınlığı olsun”.
Mövzu ilə bağlı Rəsul Quliyevin mövqeyini dərc etməyə hazırıq.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?