“Ölkəmizi dağıtdıq” – Abbas Abbasovun SSRİ-i xiffəti
Bizi izləyin

Nida.az

“Ölkəmizi dağıtdıq” – Abbas Abbasovun SSRİ-i xiffəti


Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, “Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ilginc açıqlama ilə çıxış edib.

Publika.az “Azerros”un rəsmi saytına istinadla xəbər verir ki, A. Abbasov Rusiya Xalqları Məclisində çıxışı zamanı onları Rusiya xalqlarını birləşdirən bu məclisin ətrafında birləşməyə çağırıb.
“Biz bir dəfə öz ölkəmizi dağıtdıq və onu milli mənzillərə böldük. Artıq Sovet İttifaqı kimi unikal ölkə olmayacaq. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında birləşək və milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək”, - deyə o bildirib.

A. Abbasov qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyəti informasiya sahəsində fəal işləyir: “Biz öz media şirkətimiz yaratdıq. “Azerros” strukturlarına daxil olan bu media şirkəti Məclisin də fəaliyyətini əks etdirir”.

A. Abbasov Məclisin fəaliyyətini də təqdir edib. Daha sonra bütün xalqların Məclisin ətrafında birləşməsinin zəruriliyini açıqlayıb: “Əgər kök yoxdursa, bu qollu-budaqlı ağac olmayacaq. Biz də bu prinsiplə yanaşmalıyıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm