Nida.az
Ermənistanın Qarabağla bağlı açıqlamaları... - BƏYANAT
ATƏT-in Daimi Şurasının növbəti iclasında Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı ölkəmizin bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Qalib İsrafilov bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, bəyanatda ötən ilin sentyabr ayından etibarən cəbhə xəttində müşahidə olunan görünməmiş sakit vəziyyətin və müsbət atmosferin münaqişənin həlli üzrə inkişafa gətirib çıxarmadığı vurğulanıb. Qeyd edilib ki, görüşlərin sayının artmasına baxmayaraq, Ermənistan tərəfinin substantiv məsələlər üzrə danışıqların aparılmasına siyasi istəyinin olmaması prosesin irəlilədilməsinə maneə olmaqda davam edir. Bu mənada, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkdakı görüşü də məyusluq doğurur.
Daimi nümayəndə çıxışında, həmçinin etimad quruculuğu tədbirlərinin yalnız siyasi prosesə paralel şəkildə aparılmasını və heç bir halda danışıqlar prosesinin əvəzləyicisi olmadığını vurğulayıb. Qeyd edilib ki, ötən illər ərzində Ermənistanın danışıqlar formatını şübhə altına alan bəyanatları sülh prosesinə açıq hədədir. Bu yanaşmanın həmsədrlərin martın 9-da tərəfləri formatı birtərəfli şəkildə dəyişdirməkdən çəkinməyə çağıran bəyanat verməsi ilə nəticələndiyi də qeyd edilib. Daha sonra daimi nümayəndə Ermənistan rəhbərliyinin status və Qarabağın mənsubiyyəti ilə bağlı təşviqedici çıxışlarına toxunaraq onları cavablandırıb.
Eyni zamanda, ATƏT prinsiplərinə münasibətdə ikili yanaşma və münaqişələrin həllinə biganəliyin mövcudluğunun məyusedici olduğunu vurğulayan diplomat Türkiyə, Ukrayna və Gürcüstana bütün münaqişənin həlli üçün əsas olan prinsiplərə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Bildirilib ki, hərbi işğal heç bir zaman nəticə yaratmayacaq və münaqişənin həlli üzrə vasitəçilik kompromis və müzakirə subyekti olmayan Azərbaycanın suverenlik və ərazi bütövlüyünün bərpasına istiqamətlənməlidir. Həmçinin Azərbaycanın münaqişənin həlli prosesinə sadiq qaldığı diqqətə çatdırılıb.
Azərbaycan nümayəndəsi çıxışın yekununda işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlmiş qanunsuz fəaliyyətinə diqqəti cəlb edib, bunun Ermənistanın işğal vəziyyətini möhkəmləndirmək və baş vermiş fakt əsasında həllə məcbur etmək istiqamətində sistemli siyasətinin təzahürü olduğunu vurğulayıb. Daimi Şuraya peyk vasitəsilə çəkilmiş şəkillər təqdim olunub və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin dayandırılmadığı, əksinə, daha da genişləndirildiyini vizual sübutlarla nümayiş etdirilib.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB