Kiyev Azərbaycana hansı silahları satıb?
Bizi izləyin

Nida.az

Kiyev Azərbaycana hansı silahları satıb?

Rəsmi Kiyev 2013-cü ildə satdığı silahlarla bağlı BMT-yə hesabat verib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyevin silah satdığı ölkələr arasında Azərbaycan da var. Hesabata görə, Ukrayna ötən il Azərbaycana zirehli texnikalar satıb. Bununla yanaşı, Polşa və Nigeriya da Kiyevin zirehli texnikalarını əldə edib.

Qeyd edək ki, Azərbaycanın 2002-ci ildən bu günə qədər Ukraynadan böyük silah arsenalı alıb. Belə ki, 2003-2006-cı illərdə Azərbaycan Ukraynadan 48 ədəd T-72M1 tankı, 2005-ci ildə 2 ədəd BMP-1 tipli piyadaların döyüş maşını, 2006-cı ildə 3 ədəd BTR-3U “Qardian”, 2007-ci ildə 61 ədəd, 2009-cu ildə 71 ədəd BTR-70 tipli ZTR, 2007-2010-cu illərdə 54 ədəd 122 mm-lik 2S1 “Qvozdika”, 2009-2010-cu illərdə 16 ədəd 152 mm-lik 2S3 “Akasiya” tipli özüyeriyən haubitsa, 2006-2007-ci illərdə 55 ədəd 122 mm-lik D-30A haubitsası, 2004-2007-ci illərdə 144 ədəd 120 mm-lik PM-38 minaatanı, 2004-2005-ci illərdə 12 ədəd BM-30 “Smerç” reaktiv atəş sistemi, 2006-2011-ci illərdə 16 ədəd Miq-29 tipli döyüş təyyarəsi, 2006-cı ildə 12 ədəd L-39 “Albatros” tipli təlim təyyarəsi, 2009-2010-cu illərdə 12 ədəd Mi-24G tipli zərbə helikopteri, 2007-2008-ci illərdə 10 kompleks “Strela-3” zenit-raket kompleksi satın alıb.

Hazırda zirehli texnika alışının davam etdiyi bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm