Razi Nurullayev: “Onlar müxalifəti xalqın gözündən salır”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Onlar müxalifəti xalqın gözündən salır”

“Kimlər şəxsi ambisiyalarını, partiya maraqlarını milli, demokratik maraqlardan üstün tutursa onlarla birləşməyin mənası yoxdur”.

Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Razi Nurullayev açıqlamasında müxalifət düşərgəsindəki vəziyyəti şərh edərkən deyib. R. Nurullayev qeyd edib ki, həqiqi müxalifət bu gün də meydandadır və mücadilələrini aparırlar.

“Təcrübə göstərir ki, belələri ilə bir yerdə olanda real müxalifəti xalqın gözündən salır, nüfuzdan düşürür. Bununla bağlı AXCP-yə dəfələrlə iradlar tutulub. Deyiblər ki, siz hər dəfə demokratiyaya xəyanət edən, xalqı aldadan qüvvələrlə nə üçün əməkdaşlıq edirsiniz? Onların bu addımlarını təkrarlamayacaqlarına zəmanətiniz varmı? Açığı deyim ki, bu iradlara haqq qazandırmamaq mümkün deyil.

Bu gün real müxalifət Milli Şurada təmsil olunur. Kim müxalifətin geniş birliyini istəyirsə, buyursun Milli Şuraya”-deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm