Nida.az
"Bəzi məmurların övladları dövlətə qarşı iş aparırlar" - Sensasion iddia
"Bəzi insanlar Suriyaya vuruşmağa gedirlər, özü də bunu pulla edirlər. Onlar öləndə də bunu şəhadət kimi qələmə verirlər. Ancaq Peyğəmbərimizin də hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər".
Publika.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“Mən Mirşahinin danışdıqlarına qulaq asdım, tüklərim biz-biz oldu. Dedikləri çox düz idi. Cəmiyyəti maarifləndirmək lazımdır”. Onun sözlərinə görə, bu məsələdə əsas günahkarlar bəzi ziyalı və məmur təbəqəsidir: "Bir məmur deyil, bir neçə məmurlar var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar. O, burada əmirlik yaratmaq istəyir. Atan həmin dövlətin məmuru olacaqmı? Onu qəbul edəcəkmi? Biz bu məsələdə dövlətə yaxından kömək etməliyik".
Özü haqqında bir sıra KİV-də yazılan məlumatları da şərh edən A.Paşazadə bildirib: "Mənim haqqımda bəzi yerlərdə hədə-qorxu xarakterli şeylər yazırlar. Məni belə şeylərlə qorxuda bilməyəcəklər. Ən böyük çətinlikləri mən artıq keçmişəm. Suriyaya gedən bu adamlar dönüb gəlsələr, dəyişsələr, radikal olmasalar, dövlətin onlarla heç bir işi olmayacaq. Mən onları dövlətə, xalqa, məzhəblərə qarşı gördükləri işlərdən əl çəkməyə dəvət edirəm. Başqa dövlətlərin, adamların dediklərinə uymasınlar. Axı, siz Azərbaycan vətəndaşısınız".
Vasif Həsənli
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI