“Rəsul Quliyev ancaq Fətullah Gülənlə ticarət sövdələşməsi apara bilər...”
Bizi izləyin

Nida.az

“Rəsul Quliyev ancaq Fətullah Gülənlə ticarət sövdələşməsi apara bilər...”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov eks-spiker Rəsul Quliyevin hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənlə tez-tez görüşməsi və Azərbaycan xalqı adından danışıqlar aparması barədə yayılan məlumatlara münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Rəsul Quliyevin xaricdə kiminlə görüşməsindən asılı olmayarq, onun Azərbaycana heç bir aidiyyəti yoxdur: “Azərbaycanı təmsil etmək üçün ölkəmizin seçkili orqanlarında seçilməlisən. Bu gün Azərbaycanı dünyada və ölkədə Prezident İlham Əliyev təmsil edir. Azərbaycanın adından danışmaq və istənilən rəsmi sənədə imza atmaq səlahiyyəti yalnız ona məxsusdur. Bu gün Azərbaycandan kənarda on minlərlə azərbaycanlı yaşayır. Kimsə özünü xaricdə hər hansı adla təqdim edirsə, bu heç bir əhəmiyyət kəsb etmir. Rəsul Quliyev heç bir statusa malik olmayan bir azərbaycanlıdır. O ancaq Fətullah Gülənlə öz aralarında ticarət sövdələşməsi apara bilər və sairə. Rəsul Quliyev Azərbaycan xalqı və dövləti adından danışmaq hüququna və səlahiyyətinə malik olan adam deyil. Açığı deyim ki, Rəsul Quliyev Azərbaycanda unudulmuş adamdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm