"Artıq ermənilər həqiqəti görür” – Siyavuş Novruzov
Bizi izləyin

Nida.az

"Artıq ermənilər həqiqəti görür” – Siyavuş Novruzov

“Artıq ermənilər həqiqəti görür və Azərbaycan ordusunun istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dərk edir”.

Bunu Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

YAP-çı deputat deyib ki, buna görə də indi Ermənistanın müxtəlif rəhbər şəxsləri tərəfindən Azərbaycan ordusu ilə bağlı narazılıq ifadə edən açıqlamalar verilir:

“Azərbaycan ordusu işğal olunmuş torpaqlarımıza yaxın ərazilərdə mütəmadi olaraq hərbi təlimlər keçirir. Ötən günlərdə isə Müdafiə Nazirliyi növbəti dəfə hərbi təlimləri təşkil etdi. Bu təlimlərə 10 mindən çox şəxsi heyət və zirehli texnika cəlb olunmuşdu. Bununla da Azərbaycan ordusu öz hərbi hazırlığını praktiki olaraq təkmilləşdirir. Bu da çox vacib olan məsələlərdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm