Bakı Moskvaya Qarabağdan hansı mesajı verir? – Şok iddia
Bizi izləyin

Nida.az

Bakı Moskvaya Qarabağdan hansı mesajı verir? – Şok iddia

“Rusiya 3 rayonu qaytarmaqla Azərbaycanı Avrasiya İttifaqına daxil etmək istəyir. Bu, bir növ əvvəlcədən ödəniş kimidir. Əgər bu baş verəcəksə, regionda sabitlik yenidən pozulacaq. Çünki erməni hakimiyyəti Kremllə razılaşsa da, erməni xalqı buna qarşı çıxacaq və Kreml ermənilərə cavab verməli olacaq”.

Publika.az xəbər verir ki, bu barədə “Jane's Intelligence” analitik mərkəzinin MDB və Rusiya üzrə mütəxəssisi Lilit Qevorqyan deyib.

Analitik hesab edir ki, cəbhə xəttində gərginlik Azərbaycanın Rusiyaya mesajıdır. Belə ki, rəsmi Bakı Qarabağla bağlı hər hansı qərarı əsəbiliklə qarşılayır: “Xüsusilə də Azərbaycan olmadan öz müqəddəratının təyin edilməsinə görə. Azərbaycanlılar gərginlik yaratmaqla göstərməyə çalışırlar ki, Qarabağla bağlı heç bir güzəşt olmayacaq və burda Krım ssenarisi reallaşa bilməz. Lakin bundan narahat olmaq lazım deyil. Çünki Rusiya Azərbaycana silah satmaqla Krım ssenarisinin Qarabağa tətbiq etməyəcəyini göstərir”.
L. Qevorqyan bildirib ki, Bakı Rusiyanın Minsk qrupunda üstünlüyünə ona görə çalışır ki, Krım Qarabağ üçün president olmasın.

“İndi Azərbaycan çalışır ki, Rusiya ilə münasibətləri əvvəlki qaydada saxlasın. Lakin o da həqiqətdir ki, Rusiyanın Qarabağ münaqişəsinin həll olunmamasında olan maraqları əsas maneədir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm