Fransa İŞİD-ə qarşı Azərbaycanın yolunu getdi
Bizi izləyin

Nida.az

Fransa İŞİD-ə qarşı Azərbaycanın yolunu getdi

Fransa hökuməti Suriya və İraqda vuruşan cihadçıların Avropaya qayıdaraq terror aktı törətməsinin qarşısını almaq üçün qanunları sərtləşdirir.

Publika.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Avropada 5 milyonluq müsəlman əhalisinə malik olan Fransa Suriya və İraqda savaşan yüzlərlə fransız cihadçının geri qayıdaraq təhlükəyə çeviriləcəyini düşünür. Hökumət bunun qarşısı almaq üçün cihadçı ola biləcəyi ehtimal olunan şəxslərin ölkədən çıxmasını əngəlləmək niyyətindədir.

Qanun layihəsinə görə, şübhəlilər fərdi olaraq təqib də ediləcək. Xüsusilə internet üzərindən cihad təbliğatına qarşı mübarizə güclənəcək. Yeni qanunun bu ilin sonuna qədər qüvvəyə minəcəyi gözlənilir.

Rəsmi Paris Fransa vətəndaşlığı olan, yaxud da bu ölkədə yaşamaq icazəsi olan 800 şəxsin Suriyada savaşdığını təxmin edir. Bu rəqəm Almaniyada 300-ə qədərdir. Bütün Avropada isə 2 min olduğu təxmin edilir.
Qeyd edək ki, Suriya və İraqdakı cihadçılar arasında azərbaycanlılar da var. Onların sayının 200-ə qədər olduğu deyilir. Azərbaycan hökuməti də bu təhlükəyə qarşı bir neçə ay öncə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunu sərtləşdirdi. Dəyişikliyə görə, terrorçuluğa açıq çağırışlar, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq, terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm