Siyavuş Novruzov: “Güclü ordumuz bir əmrlə torpaqlarımızı geri qaytaracaq”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Güclü ordumuz bir əmrlə torpaqlarımızı geri qaytaracaq”

“Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir vəziyyətdədir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısına həsr edilmiş iclasında çıxışı zaman ordu quruculuğu haqda fikirlərinə münasibət bildirərkən deyib.

S. Novruzov bildirib ki, Azərbaycan torpaqları 20 ildən artıqdır ki, düşmən tapdağındadır: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sülh danışıqlarını aparır. Lakin bu o demək deyil ki, bu danışıqlar ömür boyu davam edəcək. Azərbaycanın alternativ yolu var. Bu da müharibədən keçir. Məhz bunun üçün də cənab prezidentinin dediyi kimi, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində daim iş aparılır. Orduda islahatlar dərinləşir, nizam-intizam artır. Hazırda Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ali Baş Komandanın bir əmri ilə ordumuz torpaqlarımızı geri qaytara bilər. Bunu hər kəs, o cümlədən Ermənistan bilməlidir”.

Komitə üzvü qeyd edib ki, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən güclü ordudur.
“Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir. Eyni zamanda, ötən il keçirilmiş prezident seçkilərindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar, yeni müdafiə nazirinin təyin olunması, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ordunun yaradılması və digər məsələlər bunun bariz nümunəsidir. Həmçinin onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm